Texasda bu dəfə 7 nəfər öldürüldü

 22:32 07.05.2023     336

ABŞ-nin Texas ştatının Braunsvill şəhərində evsizlər mərkəzi qarşısında avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 7 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə polisə istinadən ABC telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobilin sürücüsü həbs edilib və hazırda xəstəxanadadır.