Rusiyada meşə yanğınına görə vilayətdə fövqəladə vəziyyət elan olundu

 22:47 07.05.2023     317

Rusiyanın Kurqan vilayətində güclü meşə yanğınları başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə ilə əlaqədar ətraf kəndlərdə yaşayan sakinlər təxliyə olunub.

Yuldus kəndində məktəb və 20 ev yanıb.

Bölgədə fövqəladə vəziyyət elan olunub.