Serbiyada təhsil naziri məktəbə silahlı hücumdan sonra istefa verdi

 23:06 07.05.2023     336

Serbiyanın təhsil naziri Branko Rujiç Belqradda 9 nəfərin ölümü ilə nəticələnən məktəbə silahlı hücumdan sonra istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

Məlumata görə, B. Rujiç ölkənin Baş naziri Ana Brnabiçə istefa verməsini xahiş edən ərizə yazıb, o, həmçinin “həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib”.

“Məktəb hadisələrinin dramatik şəkillərini, ölən uşaqların təsəllisiz valideynlərinə başsağlığı verərkən tökülən göz yaşlarını ömrümün sonuna qədər ruhumda möhür kimi daşıyacağam”, - nazir bildirib.