Leysan yağışları 400-ə yaxın insanın həyatına son qoydu

 23:58 07.05.2023     349

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətində üç gün əvvəl yağan güclü yağışların yol açdığı daşqın və torpaq sürüşmələri nəticəsində azı 394 nəfər ölüb.

Redaktor.az “France Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kalehe rayon administrasiyasının rəsmisi Tomas Bakenqa məlumat verib.

“Buşu və Nyamukubi kəndlərində müvafiq olaraq 142 və 132 meyit tapılıb, daha 120 cəsəd Kivu gölündən çıxarılıb”, - agentlik ona istinadən bildirib.

Daha əvvəl rəsmilər təbii fəlakət səbəbindən 176 nəfərin öldüyünü açıqlamışdı.