Tayvanla bağlı münaqişə ABŞ - Çin müharibəsinə çevrilə bilər

 09:33 08.05.2023     509

Tayvanla bağlı hipotetik münaqişə ABŞ və Çin arasında böyük müharibəyə səbəb ola bilər.

Redaktor.az xəbər verirm ki, bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer bazar günü CBS telekanalına müsahibəsində bildirib.

“Bizim problemimiz var. Bunun iki yüksək texnologiyalı güc arasında genişmiqyaslı müharibəyə çevrilə biləcəyi faktı təcili diqqət tələb edir”, - Dövlət Departamentinin keçmiş rəhbəri vurğulayıb.

Bu baxımdan, onun sözlərinə görə, indi “çox təhlükəli dövrdür”.

Eyni zamanda, keçmiş dövlət katibi əlavə edib ki, Çini beynəlxalq sistemdən kənarlaşdırmaq olmaz.

Vumart və Güvən reklamı Vumart Güvən