Rusiyada odlu burulğanlar peyda oldu - VİDEO

 10:25 08.05.2023     574

Rusiyanın Kurqan vilayətinin sakinləri alovlu tornadoları çəkərək müvafiq videoları sosial şəbəkədə yerləşdiriblər.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, görüntülərdə yanğının yaşayış evlərinin arxasına keçdiyi görünür.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Kurqan vilayətinin Redkino, Ploskaya, Sladko-Karasinskoye kəndlərində, həmçinin Topol mikrorayonunda və Kurqan ətrafındakı Uval və Smolino kəndlərində sakinlərin təhlükə ilə əlaqədar təxliyə edildiyini bildirib.

Məlumata görə, yanğın Almenevski, Varqaşinski, Belozerski, Ketovski, Şadrinski, Mişkinski bələdiyyə rayonlarının yaşayış məntəqələrinə və Kurqanın mikrorayonlarına keçə bilər.