Avropalı deputat ABŞ prezidentlərinin beynəlxalq məhkəməyə çıxarılmasını tələb etdi

 09:42 08.05.2023     332

ABŞ-ın hazırkı prezidenti Co Bayden, həmçinin onun sələfləri Barak Obama və Donald Tramp Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidirlər.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Mik Uolles deyib.

Bundan əlavə, Avropa Parlamentinin deputatının fikrincə, ABŞ-ın keçmiş prezidenti Corc Buş və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr də Haaqa Tribunalında hakim qarşısına çıxmalıdır.

Onun fikrincə bu baş verməsə, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinə olan inam kəskin dərəcədə azalacaq.

Həmidə İbrahimli