"ABŞ “Şimal axını”nda təxribatla bağlı açıqlama verməlidir"

 09:59 08.05.2023     370

"Vaşinqton “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı açıqlama verməyib".

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov “İzvestiya”ya bildirib.

O vurğulayıb ki, Moskva artıq Amerika tərəfdən cavab gözləmir.

 “Biz partlayışlarla bağlı heç bir izahat almamışıq və çətin ki, izahat ala bilək. Yeni heç nə olmayacaq”,- deyən diplomat əlavə edib ki, bu situasiyada suallara Avropanın mövqeyi səbəb olur.

Xatırladaq ki, fevralın 8-də amerikalı jurnalist Seymur Herş Amerika hakimiyyətini “Şimal axını”nın pozulmasında əli olmaqda ittiham etdiyi araşdırma dərc edib.

Onun sözlərinə görə, amerikalı dalğıclar təlim keçirmək adı altında boru kəmərlərində təxribat təşkil etmək üçün partlayıcı maddələr yerləşdiriblər.

Həmidə İbrahimli