"Rus işğalçıları Krımı aktiv şəkildə tərk edir" - Ukrayna kəşfiyyatı

 11:21 08.05.2023     430

“İşğaldan sonra yaradılan Rusiya administrasiyası Krımdan çıxmağa başlayıb, baxmayaraq ki, geniş ictimaiyyətə hər şeyin plana uyğun getdiyi bildirilir”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Andrey Yusov “RBK Ukraina”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, bunu aydın formada müşahidə etmək mümkündür.

A.Yusovun sözlərinə görə, işğalçı administrasiyanın nümayəndələri xüsusilə ailə üzvlərini yarımadadan çıxarmağa çalışırlar: “Bəxti gətirənlər hətta Rusiyadan, ən azından Moskvadan çıxırlar”.

O bildirib ki, təkcə Krımda deyil, işğal olunmuş digər ərazilərdə də eyni vəziyyətdir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibə Krımın azad olunması ilə başa çatacaq.

Zelenskinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva RBC-Ukraynaya müsahibəsində bildirib ki, müvəqqəti işğal zamanı Krımda yaşayan və administrasiya ilə əlaqədə olan və Rusiya pasportu əld\n edənlər cəzalandırılmayacaq.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib.

Tunar Altunbay