İşğalçılar Ukraynadan mülki geyimdə qaçırlar
Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərinin meri İvan Fedorov bildirirb ki, Rusiya hərbçilərinin bəziləri mülki paltar geyinərək müvəqqəti işğal etdikləri ərazilərdən qaçmağa çalışırlar.
Redaktor.az Unian-a istinadla xəbər verir ki, o bunu telemarafonun efirində deyib.
"Təəssüf ki, bu gün yalnız müvəqqəti işğal olunmuş Zaporojye vilayətinin əhalisinin ən azı yarıdan çoxu Rusiyaya köçürülüb. Düşmən getdikcə daha çox Zaporojye cəbhə xəttinə doğru hərəkət edir", - mer söyləyib.
O, bəzi əsgərlərin müvəqqəti işğal olunmuş ərazilərdən qaçmağa çalışdığını bildirib.
"Bəli, bizim sakinlər tez-tez rus hərbçilərinin mülki paltar geyindirməsi halları barədə məlumat verirlər. Onların bunu etməsinin məqsədlərindən biri də müvəqqəti işğal olunmuş ərazilərdən qaçmaqdır",- Fedorov əlavə edib.
Mer qeyd edib ki, bu səbəbdən orada mülki geyimdə olan rus hərbçilərinin qarşısını almaq üçün avtomobillərdə olan mülki şəxslər də yoxlanılır.
Bundan əlavə, Fedorov bildirib ki, düşmənlər Melitopol vilayətində bəzi inzibati binaları tərk etməyə başlayıblar:
“Məsələn, Melitopol koloniyasının binasından avadanlığı çıxarıblar, ələ keçirdikləri “Ukrtelecom”un binasından da texnikanı və demək olar ki, bütün sənədləri çıxarıblar”.
Arzu İSMAYIL