Hindistanda qırıcı təyyarə yaşayış binasına düşdü

 12:32 08.05.2023     362

Hindistan "MiQ-21" təyyarəsi təlim uçuşu zamanı yaşayış binasına düşməsi nəticəsində 3 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə NDTV kanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat paylaşıb.

Qeyd olunub ki, təyyarə Hindistanın Racastan ştatının Suratqarh şəhəri yaxınlığındakı kənd evinin üzərinə düşüb.

“Pilot yüngül xəsarətlərlə təhlükəsiz şəkildə havaya qalxıb. Qəzanın səbəblərini müəyyən etmək üçün yoxlamalara başlanılıb”, - deyə mətbuat xidməti hadisəni şərh edərkən qeyd edib.

Daha əvvəl  də bildirilb ki, Rusiyanın Su-35 qırıcısı Polşa təyyarəsini hava məkanında patrul edərkən Qara dəniz üzərində qorxudub.

Arzu İSMAYIL