Türkiyə Ukraynaya görə Qərbi günahlandırır
"Qərb ölkələri sülh yolu ilə həllini axtarmaq əvəzinə Ukraynanı münaqişənin davam etməsinə çalışır".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın "Habertürk" telekanalının efirində deyib.
Onun fikrincə, münaqişə soyuq müharibəni xatırladır və onun mahiyyəti Moskva ilə Kiyevin qarşıdurması deyil, Qərblə Rusiya arasındakı mübarizədir.
Ərdoğanın nümayəndəsi onu da qeyd edib ki, Türkiyə tərəfinin təklifi var və bunun üzərində iş gedir.
Arzu İSMAYIL