İranda nazirliyin saytı sındırıldı
İran Xarici İşlər Nazirliyi qurumun rəsmi saytının sındırıldığını təsdiqləyib.
Redaktor.az İran mediasına istinadən xəbər verir ki, bu haqda xarici işlər naziri Nəsir Kənani açıqlama verib.
O bildirib ki, saytın interfeysi kiberhücuma məruz qalıb:
"Lazımi ehtiyat tədbirləri görülür və xidmətin bütün sistemləri aktiv şəkildə ictimaiyyətə açıqdır".
Humay İSGƏNDƏRLİ