SEPAH-ın daha bir korpusu partladıldı - VİDEO

 13:32 08.05.2023     1118

Tehranın Bəharistan bölgəsində yerləşən İİR İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mühafizə Qərargahı inqilabçı gənclər tərəfindən yandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar təqdim edib.

Bildirilir ki, son bir həftə ərzində 23 etnik bəluc gənc molla rejimi tərəfindən edam olunub.

Gənclər buna cavab olaraq, SEPAH-ın “Seyyid əş-Şühəda” Korpusuna bağlı və Bəsic qüvvələrinə məxsus “Əbülfəzl” bazasını yandırıblar. Bazada ardıcıl partlayışlar eşidilib.

Xatırladaq ki, bir müddət əvvəl SEPAH-ın hazırlıq və dəstək mərkəzində partlayış olub.

Tunar Altunbay