Ukraynada Qələbə günü ləğv edildi

 13:43 08.05.2023     395

Ukrayna Prezidenti Vlodimir Zelenski ölkədə 9 Mayın Qələbə Günü əvəzinə Avropa Günü elan edilməsi haqqında fərman imzalayıb.

Redaktor.az Lenta.ru-ya istinadla xəbər verir ki, sənəd dövlət başçısının ofisinin saytında dərc olunub.

Prezidentin bəyanatında qeyd edildiyi kimi, Avropa Günü sabahdan etibarən hər il qeyd olunacaq və nasizmi məhv etmiş bütün avropalıların tarixi birliyinə həsr olunacaq.

“Bu, bizə bütün cəbhələrdə: silahla döyüş meydanında, diplomatik cəbhədə qətiyyətlə, raket terroruna və qışın söndürülməsinə qarşı, iqtisadiyyatda və hüquqi cəbhədə mübarizə aparmağa kömək edən Avropa Günü olacaq. Bu, bizim müttəfiqimiz olan Avropanın günü olacaq”,- Zelenski vurğulayıb.

Bundan əlavə, prezident bildirib ki, o, Ali Radaya 8 Mayın Anım və Nasizm üzərində Qələbə Günü kimi təsis edilməsi haqqında qanun layihəsi təqdim edib.

Beləliklə, o, faşist Almaniyası üzərində qələbəni Qərbi Avropa modeli ilə qeyd etməyi təklif etdi.

“Məhz mayın 8-də dünya xalqlarının əksəriyyəti nasizm üzərində qələbənin böyüklüyünü qeyd edir. 1945-ci il mayın 8-də “Wehrmacht”ın qeyd-şərtsiz təslim olması aktı qüvvəyə minir. Mayın 8-də dünya müharibədə həlak olanların xatirəsini ehtiramla yad edir”, - deyə Zelenski öz qərarını şərh edib.

Xatırladaq ki, bundan əvvəl Ukraynada mayın 9-da İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbə günü, mayın 8-də isə Anma və Barışma günü qeyd edilib.

2015-ci ildən Anma və Barışıq Günü Ukraynada dövlət bayramı hesab olunur.

Arzu İSMAYIL