Paşinyanın Moskvaya getmə səbəbi açıqlandı

 14:11 08.05.2023     471

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Putinin dəvəti ilə Qələbə Günü üçün Moskvaya rəsmi səfər edəcək.

Redaktor.az “Lenta.ru”a istinadla xəbr verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak edəcək.

“Baş nazir Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Moskvaya işgüzar səfərə yola düşəcək. Mayın 9-da o, Böyük Vətən Müharibəsində Qələbə ilə bağlı tədbirlərdə iştirak edəcək”,- deyə məlumatda bildirilir.

Həmidə İbrahimli