Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək
Bu il iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Redaktor.az "UzDaily.com"a istinadla bildirir ki, bu barədə Prezident Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.
Qanunun mətnində deyilir: “Özbəkistan Respublikasının Prezidenti növbədənkənar seçkilər təyin etdikdə, seçkilər bu məcəlləyə tam uyğun olaraq iki ay müddətində keçirilir.
Bundan əvvəl, mayın 8-də Mirziyoyev dövlət başçısının növbədənkənar seçkilərinə icazə verən konstitusiya qanununu imzalayıb.
Sənəd dərc edildiyi andan qüvvəyə minib.
Xatırladaq ki, əvvəllər Özbəkistanda növbədənkənar prezident seçkiləri ölkənin hazırkı rəhbəri üç ay ərzində öz səlahiyyətlərini icra edə bilməyəndə icazə verilirdi.
Tunar Altunbay