NATO Rusiya ilə sərhəddə hərbi təlimlər keçirəcək

 16:17 08.05.2023     489

Litvada 3,5 min əsgər və yüzlərlə texnikanın iştirakı ilə NATO hərbi təlimləri başlayır.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığından bildirilib.

“Litvada “Dəmir Qurd 2023-1” beynəlxalq hərbi təlimləri başlayacaq. İki həftə davam edəcək təlimlərdə Litvadan 3500-ə yaxın əsgər və 600 hərbi texnika iştirak edəcək”,- məlumatda deyilir.

Qeyd olunur ki, söhbət Belçika, Çexiya, Böyük Britaniya, ABŞ, Kanada, Xorvatiya, Polşa, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya və Almaniyadan olan əsgərlərdən gedir.

Mart ayında Filippində ABŞ-la birgə Balikatan 2022 illik ən böyük hərbi təlimlərə start verilib. 3-cü dəniz piyada diviziyasının komandiri general-mayor Cey Bargeron qeyd edib ki, manevrlər regionda güc nümayişi deyil.

Həmidə İbrahimli