İran XİN-in rəsmi saytlarına haker hücumu: “Xameneiyə ölüm olsun” - VİDEO
Bazar günü “Qeyam ta Sərnequni” (çevrilişə qədər qiyam) adlı internet resursu İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytlarını bloklayıb.
Redaktor.az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, İran mediası bunu dərhal təsdiq etməyib.
Amma XİN-in saytları bir neçə saat “əvvəlcədən təyin olunmuş proqramlaşdıma və profilaktika” adı altında bağlı qalıb.
İranın Dubay, Münhen və Seuldakı diplomatik nümayəndəliklərinin işlək saytlarının yerinə farsca "Xameneiyə ölüm, Rəcəviyə (İranın sürgündə olan və uzun müddətdən bəri gizlində yaşayan “Xalq Mücahidləri”nin rəhbəri Məsud Rəcəviyə işarədir) salam olsun” şüarı yazılıb.
Tunar Altunbay