Polşa Ukraynaya 10 "MiQ-29" verdi

 21:08 08.05.2023     384

Polşa hökuməti indiyədək Ukraynaya 10 ədəd MiQ-29 qırıcısını təhvil verib.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə bazar ertəsi Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Ottavada kanadalı həmkarı Anita Anand ilə görüşdən sonra bildirib.

 Kanadanın CPAC telekanalı tərəfindən yayımlanan açıqlamada Blaşçak "Ukraynaya on MiQ-29 çatdırdıq" ddeyib.

Xatırladaq ki, aprel ayında Ukraynanın Polşadan dörd MiQ-29 aldığı, yaxın gələcəkdə Varşavanın isə daha dördünü Kiyevə göndərəcəyi bildirilirdi.

Bundan əlavə, hazırda texniki baxışda olan daha altı Polşa MiQ-29-un Ukrayna Silahlı Qüvvələrinə verilməsi müzakirə olunub.

Tunar Altunbay