İtaliya bir daha öz vətəndaşlarına dərhal Ukraynadan çıxmağı tövsiyə etdi
İtaliyanın Ukraynadakı səfirliyi bir daha öz vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Ölkədə, o cümlədən Kiyevdə raket hücumları davam edir. Enerji infrastrukturunun məhv edilməsi təhlükəsi səbəbindən Ukraynaya səyahət tövsiyə edilmir və hələ də bu ölkədə olan həmvətənlərimizə oranı tərk etmələri tövsiyə olunur",- deyə məlumatda bildirilir.
Tunar Altunbay