Avropa Komissiyasının rəhbəri Kiyevdədir
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Kiyevdə səfərdədir.
Redaktor.az xəbər verir ki, o, bu barədə özünün tviter səhifəsində məlumat verib.
“Əziz tutduğumuz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam. Bu, Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı burada, Ukraynada da Avropa Günü kimi qeyd etmək qərarını alqışlayıram”, - o yazıb.
Good to be back in Kyiv.
— Ursula von der Leyen (@vonderleyen) May 9, 2023
Where the values we hold dear are defended everyday.
So it is such a fitting place to celebrate the day of Europe.
I welcome President @ZelenskyyUa's decision to make 9 May Europe Day also here in Ukraine. pic.twitter.com/MEGOEfgyIq