Putin Rusiyanın Ukraynanı işğalına görə Qərbi ittiham etdi

 12:24 09.05.2023     401

“Ukrayna Qərbin planlarının girovuna çevrilib”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 9 may - Qələbə Günü ilə bağlı keçirilən paradda çıxışı zamanı deyib.

O bildirib ki, Ukraynadakı hazırkı fəlakətin səbəbi budur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.