PKK-nın daha bir rəhbəri məhv edildi
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında, Qara ərazisində yeni əməliyyat keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Tekin Okan məhv edilib.
Onun kod adının Dəniz Bahri olduğu bildirilib.
Məlumata görə, PKK-nın hava hücumlarına cavabdeh olan Tekin Okan özünün də hazırladığı dronlarla 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA hücumlarının əsas təşkilatçısı olub.
Tunar Altunbay