Türkiyədən kənarda səs verənlərin sayı AÇIQLANDI

 12:59 09.05.2023     479

Türkiyədə baş tutacaq prezident seçkiləri üçün xaricdə yaşayan seçicilərin səsvermə sayı açıqlanıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xaricdəki nümayəndəliklərdə və gömrük idarələrində səs verən seçicilərin sayı 1 milyon 763 min 361 nəfər olub.

Xarici nümayəndəliklərdə səsvermə prosesi bu gün başa çatacaq,  gömrükdə isə mayın 14-də saat 17:00-a qədər davam edəcək.

Qeyd edək ki, mayın 14-ü də Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq.

Humay İSGƏNDƏRLİ