Sudanda ölənlərin sayı 604-ə çatdı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurma nəticəsində ölənlərin sayının 604-ə yüksəldiyini bildirib.
Redaktor.az xəbər verir ki, bununla bağlı "Anadolu" agentliyi məlumat yayıb.
ÜST sözçüsü Tarik Jasareviç, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (KDU) arasında aprelin 15-dən bəri davam edən qarşıdurmalarda ölənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə yüksəldiyini söyləyib.
Humay İSGƏNDƏRLİ