İmran Xan saxlanıldı

 15:31 09.05.2023     377

Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya işi ilə bağlı ittiham olunaraq paytaxt İslamabadda saxlanılıb.

Redaktor.az xəbər verir ki, bunula bağlı İslamabad polisi öz rəsmi Twitter hesabında İmran Xanın rüşvət işi çərçivəsində həbs edildiyini təsdiqləyib.

2018-ci ildən 2022-ci ilə qədər baş nazir vəzifəsində çalışmış Xan keçən il parlamentdə etimadsızlıq səsverməsindən sonra istefaya getməyə məcbur olub və sonradan ona qarşı bir neçə korrupsiya işi açılıb.

Xanın köməkçilərindən biri olan Favad Çaudri keçmiş baş nazirin təhlükəsizlik qüvvələri tərəfindən hücuma məruz qaldığını desə də, Pakistan administrasiyasından heç bir açıqlama verilməyib.

Humay İsgəndərli