İranda bu ilin əvvəlindən edam edilən şəxslərin sayı açıqlandı

 17:55 09.05.2023     342

“İranda 2023-cü  ilin əvvəlindən hakimiyyət orqanları tərəfindən 209 nəfər edam edib”.

Redaktor.az xarici KİV-ə  istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani jurnalistlərə açıqlaması zamanı deyib.

R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilir.

Bildirilib ki, hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olur.