Yaponiya Rusiyaya qarşı sanksiyaları gücləndirməyə söz verdi

 09:53 10.05.2023     339

“Biz Rusiyaya qarşı sərt sanksiyaları və Ukraynaya güclü dəstəyi davam etdirəcəyik”.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.

Bundan əvvəl məlum olmuşdu ki, Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi bu ilin birinci rübündə kəskin şəkildə 41 faiz azalıb.

Qeyd olunur ki, Yaponiya hakimiyyəti Rusiyaya geniş çeşiddə malların idxalını məhdudlaşdırıb və ya qadağan edib.

Həmidə İbrahimli