Rusiyada Ukraynanın daha iki PUA-sı vuruldu

 12:15 10.05.2023     347

Rusiyanın Voronej vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçan aparat (PUA) hərbi obyektə hücum etməyə cəhd edib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev Telegram kanalında bildirib.

“Bu gün səhər tezdən Voronej hərbi obyektinə düşmənin iki PUA-nın hücum cəhdinin qarşısı alınıb. Təsir tədbirləri nəticəsində onlardan biri kursdan çıxaraq düşüb, ikincisi isə yanaraq sıradan çıxıb”,- deyə o yazıb.

Region rəhbərinin sözlərinə görə, Voronej vilayətində təhlükəsizliyin təmin edilməsinə yönəlmiş əlavə tədbirlər kompleksi həyata keçirilir.

Həmidə İbrahimli