Lavrov ABŞ-ı İŞİD yaraqlılarından ibarət ordu yaratmaqda ittiham etdi

 13:51 10.05.2023     284

ABŞ Suriya Ərəb Respublikasının hökumət qüvvələrinə qarşı mübarizə aparmaq üçün keçmiş İŞİD yaraqlılarından (“İslam Dövləti”) “Azad Suriya Ordusu” yaratmağa başlayıb.

Redaktor.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Məqsəd göz qabağındadır – bu yaraqlılardan ölkədəki vəziyyəti qeyri-sabitləşdirmək üçün Suriyanın qanuni silahlı orqanlarına qarşı istifadə etmək”, - Lavrov İran, Suriya və Türkiyədən olan həmkarları ilə görüşündə deyib.

Arzu İSMAYIL