Tramp bu dəfə təcavüzdə ittham olunur

 14:40 10.05.2023     451

ABŞ-ın keçmiş prezidenti Donald Tramp cinsi zorakılıqda ittham olunur.

Redaktor.az "NTV Haber"ə istinadən xəbər verir ki, keçmiş prezidentin 5 milyon dollar təzminat ödəyəcəyi bildirilir.

Belə ki, məhkəmə 27 il əvvəl Donald Trampın Nyu-Yorkda bir mağazanın soyunub-geyinmə otağında yazıçı E.Jean Karrolla təcavüz etdiyinə qərar verib.

D.Tramp isə açıqlamasında deyib ki, bu, rəzil bir qərardır.

Qeyd edək ki, Tramp bir neçə dəfə cinsi zorakılıq səbəbindən ittiham olunub. Amma bu, ilk rəsmi ittihamdır.

Humay İSGƏNDƏRLİ