Nazirlər Suriya ilə bağlı razılığa gəldilər

 16:32 10.05.2023     360

Rusiya Federasiyası, İran, Türkiyə və Suriyanın xarici işlər nazirləri Ərəb Respublikasının suverenliyinə, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Rusiya, Türkiyə, İran və Suriyanın xarici işlər nazirləri yüksək səviyyəli təmasları və texniki danışıqları qarşıdakı dövrdə də davam etdirmək barədə razılığa gəliblər.

Bundan başqa, Rusiya Federasiyası, Suriya, Türkiyə və İranın xarici işlər nazirləri müavinlərinə Ankara ilə Dəməşq arasında münasibətləri inkişaf etdirmək üçün yol xəritəsi hazırlamaq barədə göstəriş verməyə razılaşıblar.

Turan İSMAYIL