İstanbulda taxıl dəhlizinə dair görüş başladı

 17:45 10.05.2023     351

İstanbulda Türkiyə, Rusiya, Ukrayna müdafiə nazirlərinin müavinləri və BMT nümayəndələrinin taxıl dəhlizinə dair görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb (apa).