Fələstinli terrorçular İsrailə yüzlərlə raket atdı

 18:13 10.05.2023     349

Qəzza zolağında yerləşən fələstinli qruplar İsrail ərazisinə bir neçə yüz raket atıb. Bu barədə Fələstin anklavındakı birgə müqavimət qərargahının nümayəndəsi bildirib.

Redaktor.az Maan xəbər agentliyinə istinadən bildirir ki, İsrail hədəflərinə yüzlərlə raket atılıb.

Məlumatda həmçinin qeyd edib  ki, hazırda Qəzzada müqavimət qruplarının hərəkətlərinə rəhbərlik edən məhz bu strukturdur.

Birgə qərargahın nümayəndəsi qeyd edib ki, Fələstin müqaviməti Qəzzada istənilən ssenariyə hazırdır.

Qeyd edək ki, çərşənbə axşamı gecə İsrail ordusu Qalxan və Ox əməliyyatına başlayıb və bu əməliyyat zamanı Fələstin İslami Cihad qrupuna aid 10 silah zavodu və hərbi obyektə hücum edib.

Çərşənbə günü günortadan sonra İsrail qüvvələri Qəzzanın bir çox bölgəsini yenidən bombardman edib.

Fələstinli radikallar İsrail ərazisinə bir neçə raket zərbəsi ilə cavab verib.

Tunar Altunbay