Bayden ailəsinin gizli pul köçürmələri ilə bağlı sənədlər aşkar edildi

 18:28 10.05.2023     435

ABŞ Respublikaçılar Partiyasının üzvləri Amerika lideri Co Baydenin vitse-prezidentliyi dövründə ailəsinin digər ölkələrdən, o cümlədən Çindən pul köçürmələrini gizlətmək cəhdləri ilə bağlı sənədləri əldə etdiklərini bildiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin sədri Ceyms Komerin dərc etdiyi bəyanatda deyilir.

“Maliyyə sənədləri göstərir ki, ailə üzvləri o vaxtkı vitse-prezident Baydenin dövründə Çin Kommunist Partiyası lə əlaqəli şəxslər də daxil olmaqla, xarici vətəndaşlardan ödənişləri gizlətmək üçün mürəkkəb əməliyyatlardan istifadə ediblər",- deyə bəyanatda qeyd edilib.

"Xarici şirkətlər biznes tərəfdaşlarının şirkətlərinə pul göndərdikdən sonra Bayden ailəsi zaman keçdikcə mərhələli şəkildə müxtəlif bank hesablarına ödənişlər alırdı. Bu mürəkkəb maliyyə əməliyyatları, görünür, vəsaitlərin mənbəyini gizlətmək və ümumi məbləği çıxarmaq üçün nəzərdə tutulub",- deyə komitə üzvləri vurğulayıblar.

Tunar Altunbay