Putin ehtiyatda olanları təlim toplanışına çağırdı

 19:05 10.05.2023     406

Rusiya prezidenti Vladimir Putin 2023-cü ildə hərbi təlimlərə ehtiyatda olan Rusiya vətəndaşlarının çağırılması haqqında fərman imzalayıb.

Redaktor.az verir ki, sənəd çərşənbə günü rəsmi hüquqi informasiya portalında dərc olunub.

“2023-cü ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşlarını Rusiya Federasiyası Silahlı Qüvvələrində, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidmətinin orqanlarında hərbi təlim keçməyə çağırılır ”,- sənəddə deyilir.

Rusiya Federasiyası Hökumətinə və təsis qurumlarının icra hakimiyyəti orqanlarına vətəndaşların hərbi təlimə çağırılması və bu təlim-məşq toplanışlarının keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xatırladaq ki, silahlı qüvvələrin ehtiyatında olan Rusiya Federasiyası vətəndaşlarının toplantıları ehtiyatda olan hərbçilərin döyüş bacarıqlarını artırmaq üçün planlaşdırılan tədbirdir və hər il keçirilir.

Tunar Altunbay