Məhərrəm İncə namizədliyini geri götürdü

 15:20 11.05.2023     683

Türkiyə prezidentliyinə namizəd, Vətən Partiyasının sədri Məhərrəm İncə cümə axşamı öz namizədliyini geri götürdüyünü və ən yüksək post uğrunda mübarizədən geri çəkildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun çıxışı yerli telekanallar tərəfindən yayımlanıb.

"Mən istəyirəm ki, hər ev Məmləkət Partiyasına səs versin. Prezident seçkilərindən namizədliyimi geri götürürəm. Xoşbəxt olun".

İnce bu qərara səbəb kimi ona müxtəlif təxribatlar, ittihamlar və dezinformasiyalar şəklində qeyri-adekvat və həddindən artıq təzyiq göstərilməsini göstərib:

"Bir yandan PKK, bir yandan da FETÖ hücum edir. Düşünürəm ki, HDP-yə qarşı mübarizə aparmaq üçün Məmləkət Partiyası parlamentə girməlidir".

Tunar Altunbay