İsrail "İslami Cihad"ın raket qüvvələrinin komandirini məhv ETDİ
İsrail hərbçiləri cümə axşamı gecə Qəzza zolağında "İslami Cihad" radikal qruplaşmasının komandirlərindən birini, İsrail ərazisinə raket buraxılışına cavabdeh olan Əli Qalini məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
"Bu gecə biz Qəzza zolağında Fələstin İslami Cihad raket qüvvələrinin komandirini Xan Yunisdə gizli sığınacaqda gizləndiyi zaman məhv etdik. Əli Qali raketlərin İsrailə hədəflənməsi və buraxılması proseslərinə cavabdeh idi",– deyən Netanyahu Telegram kanalında yayımladığı bəyanatda əlavə edib:
“Biz İsrailin təhlükəsizliyini qorumağa davam edəcəyik”.
Qeyd edək ki, dünəndən bəri Qəzza zolağından olan radikallar İsrail ərazisinə 500-dən çox raket atıblar ki, onların demək olar ki, üçdə biri İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ məhv edilib.
Buna cavab olaraq İsrail ordusu İslami Cihadın 150 hədəfini vurub.
Tunar Altunbay