Aİ Rusiyaya qarşı sanksiyalara nüvə enerjisini daxil etmədi

 17:33 11.05.2023     425

Avropa İttifaqı (Aİ) nüvə enerjisini Rusiyaya qarşı sanksiyaların 11-ci paketinə daxil etməkdən imtina edir.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Çərşənbə günü Brüsseldə 11-ci sanksiyalar paketi üzrə danışıqlar başlayıb. Avropa Komissiyasının bu paketlə bağlı təklifində nüvə sənayesi ilə bağlı sanksiyalar yoxdur”, - deyən XİN rəhbəri Budapeştin belə tədbirləri dəstəkləməyəcəyini qeyd edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, respublika Aİ-nin Rusiyanın nüvə enerjisinə qarşı bütün sanksiyalarına veto qoyacaq, çünki bu, daxili enerji qiymətlərini dəyişəcək və inflyasiyanı stimullaşdıracaq.

Həmidə İbrahimli