"Kaş, bu mübarizənin sonuna kimi davam edərdi" - Ərdoğandan Məhərrəm İncəyə

 17:39 11.05.2023     388

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən Partiyasının sədri Məhərrəm İncənin prezident seçkilərində namizədliyini geri çəkməsi barədə danışıb.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, bununla bağlı Ərdoğan Ankarada çıxışında deyib ki, namizədlərdən biri seçkidən geri çəkilib.

"Nə üçün geri çəkildiyi məlum deyil. Kaş, bu mübarizənin sonuna kimi davam edərdi. Nə baş verib, nə üçün namizədliyini geri götürüb, bilmirəm. Biz digərləri ilə yola davam edirik, önəmli olan millətimizin verəcəyi qərardır",-deyə Ərdoğan vurğulayıb.

Humay İSGƏNDƏRLİ