Yaponiyada iki zəlzələ baş verdi, xəsarət alanlar var

 22:24 11.05.2023     568

Yaponiyada 5,2 və 5,9 maqnitudada iki zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, birinci zəlzələ Tiba prefekturasında 5,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib. Təbii hadisə zamanı 4 nəfər xəsarət alıb.

İkinci zəlzələ Okinava prefekturasında Miyakojima adasında 5,9 maqnitudada baş verib. Zəlzələ ocağı 64 kilometr dərinlikdə yerləşib.

Son zəlzələdə dağıntı və tələfat qeydə alınmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən