Pakistan məhkəməsi İmran Xanı evinə buraxmadı
Pakistan Ali Məhkəməsi həbsi qanunsuz elan edilən ölkənin keçmiş baş naziri və müxalif Ədalət Uğrunda Hərəkat Partiyasının (JZM) sədri İmran Xanın evinə getməsinə icazə verməyib.
Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı Geo-TV kanalı məlumat yayıb.
Onun sözlərinə görə, Xan evə qayıtmaq üçün məhkəmə sədrindən icazə istəsə də, ona rədd cavabı verilib. Ona məhkəmənin yaxınlığındakı mehmanxanaya getmək və orada gecələmək tapşırılıb. "Siz orada qala, danışa, dincələ və sonra sabah İslamabadın Ali Məhkəməsinin qarşısına çıxa bilərsiniz",- deyə kanal məhkəmə sədrindən sitat gətirib.
Hakimin sözünə görə, polis keçmiş baş nazirin təhlükəsizliyini təmin etməlidir.
Telekanal xəbər verir ki, məhkəmə sədri həmçinin hakimiyyət orqanlarına onun vəkilləri, ailə üzvləri və dostları da daxil olmaqla 10 nəfərin Xanın yanına getməsinə icazə verməyi tapşırıb.
Xatırladaq ki, bu gün Pakistan Ali Məhkəməsi mayın 9-da həbs edilən İmran Xanın azad edilməsi barədə qərar çıxarıb.
Tunar Altunbay