ABŞ Cənubi Afrikanın Rusiyaya silah satdığını iddia edir
ABŞ-nin Pretoriyadakı səfiri Ruben Brigeti Cənubi Afrika Respublikasının Rusiyaya silah və sursat satdığını iddia edib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruben Brigeti mətbuata açıqlamasında Cənubi Afrikanın ötən ilin dekabrında Keyp Taun yaxınlığındakı Simon Taun dəniz bazasına yanaşan rus ticarət gəmisi “Lady R” vasitəsilə Rusiyaya silah və sursat satdığını aşkar etdiklərini bildirib.
Cənubi Afrikanın Rusiyaya silah satdığına əmin olduğunu və bu məsələyə çox ciddi yanaşdığını vurğulayan Brigeti, “Hökumətimizin bu mövzuda narahatlıqlarını qiymətləndirməmək səhv olar”, - deyib