Netanyahu hərbi kəşfiyyat zabitləri ilə iclas keçirir
İsrailin baş naziri Benyamin Netanyahu hərbi kəşfiyyat zabitləri ilə əməliyyat müşavirəsi keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə hökumət başçısının aparatı məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu Təl-Əvivdəki Kiriya kompleksindəki ofisində hərbi kəşfiyyat zabitləri ilə əməliyyat iclası keçirir. İclasda Baş Nazirin Aparatının rəhbəri Tzaçi Braverman iştirak edir”, - dey qeyd olunub.
Qeyd edək ki, fələstinli radikalların Qəzza zolağından İsrail ərazisinə atdığı raketlərdən biri ölkənin mərkəzi hissəsində, Təl-Əvivdən 20 km cənub-qərbdə yerləşən Rehovot şəhərindəki yaşayış binasına düşüb.
Raket zərbəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hazırda xilasedicilər hələ də hadisə yerindədir.