İsrail ordusu Qəzzada 215 hədəfi vurdu
Qəzzadan olan fələstinli radikallar yəhudi dövlətinin ərazisinə 866 raket atıb, onlardan 260-ı “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. İsrail Müdafiə Qüvvələri sektorda 215 hədəfi vurub.
Redaktor.az xəbər verir ki, bu barədə cümə günü ordunun mətbuat xidməti məlumat yayıb.
Ordu radikalların atdığı raketlərin hər beşdə birinin İsrailə çatmadığını və Qəzza zolağının özünə düşdüyünü vurğulayıb. Kan radiostansiyasının məlumatına görə, "Dəmir günbəz" sisteminin şəhərlərdə uçan mərmilərin qarşısını almaqda effektivliyi 91%-ə çatır.
Ordunun mətbuat xidməti qeyd edib ki, mayın 12-nə keçən gecə İsrail hərbçiləri Fələstin "İslami Cihad" terror təşkilatına məxsus "hərbi postlara və reaktiv yaylım atəşi sistemlərinə hücumu davam etdirib. Bu, bir həftə əvvəl yəhudi dövlətinin kütləvi atəşə tutulmasına cavab olaraq başlayıb.
Tunar Altunbay