Respublikaçılar Trampın Ukrayna barədə iddiasını tənqid etdi
ABŞ-ın Respublikaçılar Partiyası keçmiş prezident Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoymaq vədini pisləyib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Hill” partiya nümayəndələrinin açıqlamalarında qeyd olunub.
Arkanzas ştatının keçmiş qubernatoru, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Asa Hatçinson keçmiş Amerika liderini tənqid edərkən deyib ki, Tramp Rusiyaya verdiyi dəstəyi və Ukraynanı satmağa hazır olduğunu hamıya xatırladıb.
Nyu Cersi ştatının keçmiş qubernatoru Kris Kristi də əlavə edib ki, "Onun bəyanatı nə qədər gülünc görünsə də, mən onun Ukraynanı Putinə və hətta Rusiyaya verməklə bunu etməyə çalışacağından şübhələnirəm".
Xatırladaq ki, daha əvvəl Tramp Ukrayna münaqişəsi ilə bağlı sualı cavablandırarkən deyib ki, o, rus və ukraynalıların ölməsini dayandırmasını istəyir.
O, seçiləcəyi təqdirdə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşərək 24 saat ərzində münaqişəni həll edəcəyinə söz verib.
Arzu İSMAYIL