Süleyman Soylu ABŞ-ı seçkilərə müdaxilədə ittiham etdi

 12:03 12.05.2023     287

Türkiyənin daxili işlər naziri Süleyman Soylu növbəti dəfə ABŞ-ı ölkəsindəki seçki prosesinə müdaxilə etməkdə ittiham edib. Nazirin Vaşinqtona növbəti hücumuna səbəb Məmləkət Partiyasının namizədi Məhərrəm İncənin prezident seçkilərində iştirakdan imtina etməsi olub.

Redaktor.az xəbər verir ki, bu barədə Soylu "Star" qəzetinə müsahibəsində bildirib.

"Birləşmiş Ştatlar mütəmadi olaraq Türkiyədə seçkilərə müxtəlif yollarla, o cümlədən uydurma videolardan istifadə etməklə müdaxilə edi, . Məhərrəm İncə onlara nə etdi? Onların vicdanı yoxdur", - deyə "Star" qəzeti nazirdən sitat gətirib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Türkiyəyə qarşı bütün hərəkətlərin arxasında ABŞ prezidenti Co Bayden dayanır.

“O deyir ki, çevriliş yolu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı vəzifəsindən uzaqlaşdıra bilmədilər, bunu seçkilərə müdaxilə etməklə edəcəklər”, - Soylu bildirib.

Türkiyədə prezident seçkiləri mayın 14-nə təyin edilib.

Xatırladaq ki, dünən Məmləkət Partiyasının lideri Məhərrəm İncə prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb. Səbəb kimi o, təfərrüatları dəqiqləşdirmədən ona müxtəlif təxribatlar, ittihamlar və dezinformasiyalar şəklində təzyiqləri göstərib.

Türkiyənin siyasi dairələrindən TASS-a verilən məlumata görə, siyasətçi sosial şəbəkələrdə onun iştirakı ilə bağlı səmimi videogörüntülərin yayılmasından sonra seçkilərdə iştirakdan imtina etmək qərarına gəlib.

Türkiyənin hazırkı prezidenti Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu ən yüksək dövlət postuna əsas namizədlər hesab edilir. Birinci turda qalib gəlmək üçün 50% və bir səs toplamaq lazımdır.

Əks halda ikinci tur mayın 28-də baş tutacaq. Analitiklər Türkiyədə seçkilərin iki turda keçiriləcəyini istisna etmirlər.

Tunar Altunbay