İmran Xanı azadlığa buraxııldı
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanı iki həftə müddətinə zaminə buraxıb.
Redaktor.az xəbər verir ki, bu barədə cümə günü ARY News kanalı məlumat yayıb.
“İmran Xanın “Al-Qadeer Trust” işi üzrə girovla bağlı müraciəti təsdiqlənib”,- deyə kanal Twitter-də məlumat paylaşıb.
Keçmiş baş nazirə qarşı bu tədbirin tətbiqi müddətinin iki həftə olacağı dəqiqləşib.
"Dawn" qəzetinin cümə günü verdiyi məlumata görə, Xan ciddi təhlükəsizlik altında məhkəmə binasına aparılıb. Keçmiş baş nazir həbsdən azad olunmaq xahişi ilə hakimlər kollegiyasına müraciət edib və məhkəmənin ilk tələbi ilə gələcəkdə iclaslara qatılacağını vəd edib.
Cümə axşamı Ali Məhkəmə İslamabad Ali Məhkəməsinin həbs qərarını ləğv edərək bildirib ki, “Xanın həbs qərarı İslamabad Ali Məhkəməsinin binasında icra üsulu etibarsız və qanunsuzdur”.
Pakistan hökumətinin nazirləri Ali Məhkəmənin qərarına kəskin etirazlarını bildirib və tənqid ediblər.
Tunar Altunbay