Aİ Rusiyadan asılılığı azaltmaq üçün Qara dənizdə bunu edəcək

 15:16 12.05.2023     414

Avropa İttifaqı (Aİ) Gürcüstanla əlaqəni yaxşılaşdırmaq və Rusiya Federasiyasından keçən xətlərdən asılılığı azaltmaq üçün Qara dəniz üzərindən sualtı internet kabeli çəkməyi planlaşdırır.

Redaktor.az bu barədə Avropa Komissiyasının sənədinə istinadən xəbər verir.

Sənəddə qeyd olunub ki, dəyəri 45 milyon avro və uzunluğu 1100 kilometr olan kabel Aİ-yə üzv dövlətləri Qara dənizin beynəlxalq suları vasitəsilə Qafqazla birləşdirəcək.

Layihə regionun Rusiya ərazisindən keçən yerüstü fiber-optik rabitədən asılılığını azaltmağa yönəlib.

Arzu İSMAYIL